Ekspert: “Müxalifət mediasında neftlə bağlı yayılan provokasion məlumatlar əsassızdır”
Bizi izləyin

Ekopublika.az

Ekspert: “Müxalifət mediasında neftlə bağlı yayılan provokasion məlumatlar əsassızdır”

“Düzdür, neftin ucuzlaşması prosesi çox ciddi məsələdir. Dünya bazarına çıxarılan neftin 40 faizi də OPEK ölkələrinin payına düşdüyünə görə, məhz belə bir dönəmdə OPEK-in toplantı keçirərək neft hasilatı ilə bağlı məsələləri müzakirə etməsi təəccüblü hal deyil.

OPEK-in toplantısını iflas kimi qəbul etmək lazım deyil. Neft ucuzlaşmasının Azərbaycan iqtisadiyyatında həlli mümkün olmayan problemlər yaradacağı ilə bağlı səslənən iddiaların heç bir əsası yoxdur. Çünki Azərbaycan neft gəlirlərindən asılı olan ölkə deyil, ölkəmizdə qeyri-neft sektoru özünün ən yüksək mərhələsini yaşayır”. Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.

Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatında problem yaradacağı ilə bağlı iddialara cavab verən ekspert V. Əsgərov qeyd edib ki, neftin ucuzlaşması əslində, həm də siyasi xarakter daşıyır: “Qərb Rusiyanı vurmaq istəyir. Digər tərəfdən, ABŞ neft hasilatını daha da artırıb. Bu proses Rusiya üçün bəzi mənfi nəticələrə gətirib çıxarsa da, əslində bu anormal halın da qarşısı elə Qərbin özü tərəfindən alınacaq. O ki qaldı Azərbaycanla bağlı səslənən iddialara, guya neftin ucuzlaşması ölkəmizdə həlli mümkün olmayan problemlər yaradacaq. Bu, tamamilə absurd fikirdir. Müxalifət mediasında tirajlanan bu tipli provokasion məlumatların heç bir əsası yoxdur. Əvvəla, Azərbaycan neft amilindən insan amilinə çoxdan keçib. İndi ölkəmizin inkişafı üçün neft amili yaxşı mənada öz aktuallığını itirib. Azərbaycanda qeyri-neft sektoru qısa bir müddət ərzində elə bir səviyyəyə çatıb ki, neftin qiyməti yarı faizə düşsə belə, bunun bizə heç bir təsiri olmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm