SOCAR AQS üç yeni layihə üzrə qazma işləri aparacaq
Bizi izləyin

Ekopublika.az

SOCAR AQS üç yeni layihə üzrə qazma işləri aparacaq

SOCAR AQS qazma podratçısı yaxın vaxtlarda ARDNŞ şirkəti üçün 3 yeni layihə çərçivəsində dənizdə qazma işlərinə başlamağı planlaşdırır.

Publika.az-ın məlumatına görə bunu ARDNŞ-nin Qazma mühəndisliyi şöbəsinin müdiri Elşən İsmayılov "Qazma mühəndisliyi" dərs vəsaitinin təqdimatında deyib.

Onun sözlərinə görə, hazırda layihələr çərçivəsində "Bulla-6" ("Bulla Dəniz" dəniz yatağı), "Günəşli-7" ("Günəşli" yatağının dayaz sulu hissəsi) platformalarında, habelə "Qərbi Abşeron" yatağında qazma işlərinə başlamağa hazırlıq görülür.

Bu obyektlərdə qazma işlərinə 2015-ci ildə başlamaq planlaşdırılır.

Bundan başqa, E.İsmayılov qeyd edib ki, indiyədək ARDNŞ hazırda da istismarda olan 41 yüksəkdebitli quyu qazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm