Sığorta şirkətləri üçün minimum kapital tələbi təsdiqləndi
Bizi izləyin

Ekopublika.az

Sığorta şirkətləri üçün minimum kapital tələbi təsdiqləndi

Azərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələblər dəqiqləşib.

Azərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələblər dəqiqləşib.

Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə sığortaçıların tələb olunan kapitalının minimum məbləği qeyri-həyat sığortası fəaliyyəti üzrə- fəaliyyətdə olan sığortaçılar üçün - 5 000 000 manat, yeni təsis edilən sığortaçılar üçün - 5 000 000 manat müəyyən edilib.

Həyat sığortası fəaliyyəti üzrə:

fəaliyyətdə olan sığortaçılar üçün:
2015-ci ilin 01 yanvar tarixinədək - 5 000 000 manat;
2015-ci ilin 01 yanvar tarixindən etibarən - 6 500 000 manat;
2016-cı ilin 01 yanvar tarixindən etibarən - 8 000 000 manat;
2017-ci ilin 01 yanvar tarixindən etibarən - 10 000 000 manat;
yeni təsis edilən sığortaçılar üçün - 10 000 000 manat.

Təkrarsığorta fəaliyyəti üzrə:

müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə:
fəaliyyətdə olan təkrarsığortaçılar üçün - 20 000 000 manat;
yeni təsis edilən təkrarsığortaçılar üçün - 20 000 000 manat;

Sığortaçının təkrarsığorta fəaliyyəti üzrə:

2014-cü ilin 01 mart tarixindən etibarən - 2 500 000 manat;
2015-ci ilin 01 yanvar tarixindən etibarən -5 000 000 manat.

Həmçinin Azərbaycanda İcbari Sığorta Bürosuna (İSB) ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğləri müəyyən edilib.

Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə İSB-nin iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200.000 (iki yüz min) manat müəyyən edilib. Həmin qərara əsasən, İSB-nin iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib:

Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 000 manat;
Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 100 000 manat;
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 000 manat;
Sərnişinlərin icbari sığortası üzrə – 200 000 manat;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 000 manat /Fins.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm