Ekopublika.az
Benzinin qiyməti endi: “2 qəpiyi istehlakçılar deyil, şirkətlər ödəyəcək” - AÇIQLAMA
Prezidentin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.
Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Qərara münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında bildirdi ki, 2 qəpiyi istehlakçılar deyil , şirkətlər ödəyəcək: “Bütün hallarda büdcə həmin vəsaiti alacaq”.
İ.Şaban 2 qəpik bahalaşmanın qısa müddətdə digər sektorlara təsir etdiyini deyir: “Görünür, bu təsirlər yuxarılara çatdırılıb ki, belə bir qərar veriblər”.
Onun sözlərinə görə, son proseslər aidiyyəti qurumların bazarı lazımi qədər qiymətləndirmədiyini göstərir: “Bazarın monitorinqini aparmırlar. Hökumətin nəzarəti kifayət qədər deyil. Bəzi qurumlar ancaq inzibati metodlarla idarəciliyə öyrəşiblər”.
İqtisadiyyat şöbəsi
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu