IBRD Rusiya iqtisadiyyatı ilə bağlı proqnozunu dəyişdi
Bizi izləyin

Ekopublika.az

IBRD Rusiya iqtisadiyyatı ilə bağlı proqnozunu dəyişdi

Avropa Yenidənqurma və İnkişaf Bankı (IBRD) Rusiya iqtisadiyyatının 2015-ci ilə inkişafı proqnozunu dəyişərək ölkə ÜDM-nin 4,8% azala biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ötən ilin sentyabr ayında İBRD Rusiya iqtisadiyyatının 0,2% azalacağını proqnozlaşdırmışdı.

Rusiya üçün proqnozun dəyişdirilməsinin əsas səbəbi kimi bank ekspertləri neftin ucuzlaşmasını və Ukraynanın şərqindəki böhranı göstəriblər.

Bundan əvvəl Rusiya iqtisadiyyatının dinamikası proqnozunu Moody's reytinq agentliyi və Dünya Bankı da mənfiliyə doğru dəyişmişdilər.

Hesabat müəllifləri rusiya rublunun zəifləməsinin Belarus, Türkmənistan və Ermənistanın iqtisadiyyatlarına da mənfi təsir göstərdiyini qeyd edirlər.

Ukrayna iqtisadiyyatının isə geriləməsinin əsas səbəbinin ölkənin şərqində rusiyalı separatçılarla hərbi münaqişənin davam etməsilə bağlı olduğu bildirilib.

Proqnoza əsasən 2015-ci ildə Ukrayna iqtisadiyyatı 5% azala bilər.

Bundan əvvəl Dünya Bankı Rusiya iqtisadiyyatı üçün 2015-ci ilin proqnozunu 3 qat pisləşdirərək ÜDM-in azalmasını 0,7%-dən 2,9%-ə dəyişmişdi.

Beynəlxalq Moody’s reytinq agentliyi Rusiyada bu il ÜDM-in 5,5% azalacağını proqnozlaşdırır.

Dekabr ayının sonunda Rusiya İqtisadi İnkişaf nazirliyinin rəhbəri Aleksey Ulyukayev neftin qiymətinin 60 dollar/barrel olacağı halda ÜDM-in azalmasının 3%-ə çatacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm