Azərbaycan 2030-da - Proqnoz
Bizi izləyin

Ekopublika.az

Azərbaycan 2030-da - Proqnoz

“Enerji sektoru 2030-cu ildən sonra da iqtisadiyyatın əsas lokomotivi olacaq”.

Bu açıqlamanı Axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban verib.

O, açıqlamasında Azərbaycanın yaxın 15 ildə neft-qaz sektorunda regionun ən fəal ölkəsinə çevriləcəyini vurğulayıb:

“Azərbaycan gələcəkdə də neft hasil eden ölkə olaraq qalacaq və müəyyən qədər neft ixrac edəcək. Azərbaycanın yeni neft emal kompleksi yaradılacaq ki, buradan 10 milyon ton neft emalı gözlənilir. Bu müəssisədə Azərbaycan üzərindən tranzitlə keçən Qazaxıstan və Türkmənistan nefti də emal ediləcək. Çünki emal müəssisəsinin gücü indiki 2 neft emalı müəssisəsindən təqribən 40% böyük olacaq və onun məhsuldarlığı yüksək olacaq. Yəni xam neftdən alınan benzin və dizel yanacağının həcmi artacaq. Neft məhsullarının ixracı yüksələcək. O zaman Azərbaycan neft-kimya məhsulları ixracında kifayət qədər irəli addımlar atmış olacaq”.

O, gələcək illərdə neft-qaz sahəsindən əldə olunacaq gəlirin miqdarında artım olacağını da açıqlayıb:

“İndi bu məhsulların ixracından ildə 150 milyon dollara yaxın gəlir götürülür. O zaman üçün 2 milyarda yaxın bir nəticə proqnozlaşdırılır. 2030-cu ildən sonra Azərbaycanın enerji sektorunda təbii qaz 1 nömrəli yerdə qərar tutacaq.

Azərbaycan 35 milyard kub metrə qədər təbii qaz ixrac etməyi planlaşdırır. Yəni, təbii qaz, neft məhsulu və neft - ümumilikdə enerji sektoru ixracatda və iqtisadiyyatda öz aparıcı yerini qoruyub saxlayacaq. Dəyişən isə onların hazırkı xüsusi çəkiləri olacaq. Hazırda qazın xüsusi çəkisi ixracatda 2%-dən bir qədər artıqdır, neft məhsulları isə 4%-dən azdır, xam neft isə 86%-ə çatır. 15-16 il sonra isə birinci yerdə qaz, ikinci yerdə neft məhsulu, sonrakı pillədə isə xam neft qərar tucacaq. Təbii ki, bütün bunlar həcm formasında deyil, dəyər qismində proqnozlaşdırılır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm