Ekopublika.az
SOCAR ABŞ şirkətini seçdi
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Neft və Qaz Emalı, eləcə də Neft Kimyası Kompleksi layihəsinin idarəetmə kontraktını bugünlərdə ABŞ-ın Fluor Limited şirkətinə təqdim edib.
Publika.az xəbər verir ki, Fluor məbləği açıqlanmayan müqavilənin icrasına 2015-ci ildə başlayacaq.
Layihə meneceri olaraq Fluor SOCAR-a sözügedən layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.
Fluor şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə prezidenti Tako de Haan təmsil etdiyi şirkətin SOCAR-ın dünyamiqyaslı layihəsinə rəhbər seçilməsindən qürur keçirdiyini bildirib.
“Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirib. Şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhdəsindən uğurla gələcək”, - o qeyd edib.
Layihənin icrası Fluor-un İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu