Xəzərin statusu ilə bağlı sənəd gələn il imzalanacaq
Bizi izləyin

Ekopublika.az

Xəzərin statusu ilə bağlı sənəd gələn il imzalanacaq

Xəzər dənizinin hüquqi statusu haqda yekun sənəd 2016-cı ildə imzalan bilər.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin XİN-in Həştərxanda keçirilən səyyar toplantısında bildirib.

“Konvensiya layihəsi üzrə danışıqları 5 suveren dövlət tərəfindən aparılır. Bütün tərəflər bir şeydə yekdildilər ki, sənəd iştirakçı dövlətlərdən hansısa birinin diktəsi ilə qəbul oluna bilməz. Nə vaxt ki, tərəflər həlledici məsələlər üzrə konsensus əldə edəcəklər, o zaman da iş yekunlaşacaq” – deyib nazir müavini.

Karasin sənəd mətninin əks hissəsinin artıq razılaşdırıldığını da söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm