İlham Əliyev qalib boksçuları mükafatlandırdı
Bizi izləyin

İslamiada

İlham Əliyev qalib boksçuları mükafatlandırdı

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları bu gün başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımız Cavid Çələbiyevin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm