İslamiada
Tale Heydərov: "Qəbələ”də maliyyə problemi yoxdur” - MÜSAHİBƏ
"Qəbələ" klubunun prezidenti Tale Heydərov səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Publika.az "Report"a istinadən həmin müsahibəni təqdim edir:
- Belə nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmuşduq. Rəqib hazırda sonuncu yerdə olsa da, bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər.
- Artıq 13 oyun keçirmisiniz. Bu müddətdə "Qəbələ" lider olmasa da, ilk 3-lükdə qərarlaşıb. İki dövrə ərzində komandanızın çıxışını necə dəyərləndirərdiniz?
- Məncə, yaxşı çıxış etdilər. Bəzi oyunlarda xal itirməməli idik. Nəyə görəsə "Qəbələ" bəzən zəif komandalara gözlənilmədən uduzur və ya xal itirir. Ümumilikdə, çıxışlarımızı yaxşı qiymətləndirərdim.
- Bu komanda "Qarabağ"ın hegemonluğuna son qoya bilər?
- Bunu etməyə çalışacağıq. "Qarabağ" da çox güclüdür, Çempionlar Liqasında çox gözəl çıxış edir. Ona görə də bizim üçün asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempion olaq.
- Son zamanlar "Qəbələ"nin maliyyə durumu ilə bağlı neqativ xəbərlər dolaşır...
- Bizdə heç bir problem yoxdur. Müəyyən vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir.
- Qış hazırlıq planları ilə bağlı baş məşqçi Roman Qriqorçukla söhbətiniz olub?
- Baş məşqçi yeni oyunçular istəsə, onları almağa hazırıq. Əlbəttə, bu, mövcud büdcə imkanları daxilində baş verəcək. Baş məşqçi nə qərar versə, onu dəstəkləyəcəyik.
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…














.jpg)




.jpg)


















