• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dilini dinc qoymayan Röya yenidən Aygün Kazımovaya sataşdı - FOTOLAR

  • Magazin1
  • 13 İyul 2015 10:45
  • 4 727 Baxış
Dilini dinc qoymayan Röya yenidən Aygün Kazımovaya sataşdı - FOTOLAR

Xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxan arasında ”soyuq müharibə” davam edir. İfaçılar əvvəllər durmadan bir-birilərinin ünvanına sərt ittihamlarla çıxış edib. Sonradan barışaraq hətta duet ifa etsələr də, aralarındakı buzları əridə bilməyiblər. Belə ki, ifaçılar çox keçmədən mediaya bəlli olmayan səbəblərdən yenidən küsüb. Budəfəki küsülülüyü sakit şəkildə sürdürən tərəflər bir neçə ildir ki bir-birinə qarşı nə sərt ittiham, nə də atmacalarla çıxış edib.

Necə deyərlər, azacıq aşım, ağrımaz başım...

Deyəsən, bu sükut Röyanı daha tez bezdirdi. Publika.az xəbər verir ki, müğənni indiyədək inadla əməl etdiyi prinsipi pozaraq ötən gün xalq artistinə atmaca atıb.

Belə ki, Aygün Kazımovanın poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyev ilə etdiyi fotosessiya və xalq artistinin idmançı ilə birlikdə “Bir parça keks” adlı mahnıya klip çəkdirmək niyyətində olması, nədənsə, Röyanı qıcıqlandırıb.

O, sosial şəbəkədə məşq edən yerdə iki idmançının şəklini paylaşaraq Kazımovaya söz atıb.

“Abbas Bağırov, deyirəm, gəl ikimiz məşq edib, savaş klipi çəkdirək”.

Sosial şəbəkədə hətta Röyanın izləyiciləri də atılan bu daşın hədəfinin məhz Aygün Kazımovanın bostanı olduğunu anlayıblar. Bu, yazılan şərhlərdən açıq görünür:

“Aygün Kazımovaya ilişirsən?”, “Artıq bir nəfər etdi. Siz etməyin”.

Abbas

Xəbər lenti

DAHA ÇOX XƏBƏR