İlqarə “Parçalanmış arzular”ından danışdı - AUDİO
Bizi izləyin

Magazin1

İlqarə “Parçalanmış arzular”ından danışdı - AUDİO

Gənc müğənni İlqarə Kazımova yeni mahnısını sevənlərinin ixtiyarına buraxıb. Parçalanmış arzular” adlanan mahnı müğənninin bu il təqdim etdiyi sayca ikinci mahnısıdır.

İlqarə Kazımova Publika.az-a açıqlamasında lirik mahnı janrında olan yeni yaradıcılıq nümunəsi barədə bunları deyib:

“Düzdür, bir çox müğənnilər istirahət mövsümü olduğunu nəzərə alıb yayda mahnı və klip təqdim etmir. Təqdim edənlər isə dinamik mahnılara üstünlük verirlər. Bunu da onunla əsaslandırırlar ki, yayda lirik mahnılar sevilmir. Mən isə fərqli düşünürəm. Fikrimcə, yaxşı mahnının zamanı yoxdur. Yaxşı mahnının qışı, yazı, payızı, yayı olmur. Mahnı yaxşı ifa olunubsa, o, mütləq seviləcək. Pis mahnını nə vaxt təqdim etsən də, sevilməyəcək. Mahnıma güvənirəm. Həqiqi hisslər üzərində yazılmış sözləri var. İnanıram ki, dinləyicilərimin də ürəyincə olacaq”.

Qeyd edək ki, mahnının sözləri Kəmalə Qasımovaya, musiqisi isə Gürcüstanın ən məşhur bəstəkarlarından birinə aiddir. Mahnı Bakıda aranjeman olunub.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm