Sevda "İtmiş ada"ya hazırlaşır
Bizi izləyin

Magazin1

Sevda "İtmiş ada"ya hazırlaşır

Gənc müğənni Sevda Yəhyayeva konsertə hazırlaşır. Konsert həyəcanı ilə yaşayan ifaçı hətta yay tətilindən belə imtina edib. Müğənni gündəlik olaraq musiqiçiləri ilə birlikdə konsert məşqini edir. Bu haqda Sevda Yəhyayeva özü publika.az-a açıqlama verib.

“Artıq neçə aydır ki, bu konsertə hazırlaşıram. Konsertdə yeni mahnılarımla yanaşı, hit olan bütün mahnılarımı ifa edəcəyəm. Ümumilikdə 20-dən çox mahnı ifa edəcəyəm. Konsertimin musiqi rəhbərləri isə İsmayıl Əsədov və Samir Sultanovdur. Səhnədə məni peşəkar rəqqaslar da müşayiət edəcək. Konsertim sevənlərimin ürəyincə olacaq”.

Qeyd edək ki, Sevda Yəhyayevanın ”İtmiş ada” adlı solo konsert 9 avqust Yaşıl Teatrda baş tutacaq.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm