Yaşar Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək
Bizi izləyin

Magazin1

Yaşar Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

Müğənni Yaşar Yusub Qırğızıstanda keçirilən II “Meykin-Asiya” beynəlxalq festivalında Azərbaycanı təmsil edəcək. Bu barədə Publika.az-a adıçəkilən festivalda münsif olan tanınmış azərbaycanlı müğənni Roza Zərgərli məlumat verib. O bildirib ki, müsabiqənin seçim turlarının nəticələrinə əsasən, müğənni Y.Yusub Azərbaycanı mötəbər yarışda təmsil etmək hüququ qazanıb:

“Artıq bu gün axşam Qazaxıstana yola düşürük. Sabah isə müsabiqə başlayacaq. Festivalda Asiya və Avropanın ən yaxşı ifaçıları ilə bərabər, Azərbaycanın, Türkiyənin, Rusiyanın, Cənubi Koreyanın, Çinin və Yaponiyanın təmsilçiləri iştirak edəcək. Düşünürəm ki, Yaşarın yarışdakı çıxışı möhtəşəm olacaq”.

Xatırladaq ki, “Meykin-Asiya” beynəlxalq festival iyulun 22-dən 25-nə qədər baş tutacaq.

Qeyd edib ki, festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri yer alıb. Festivala Roza Zərgərli ifası ilə yekun vuracaq.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm