Səməd Səmədov: “Xəbərin olmaz”
Bizi izləyin

Magazin1

Səməd Səmədov: “Xəbərin olmaz”

Xalq artisti Səməd Səmədov yaradıcılıq işlərindən danışıb.

Publika.az-a açıqlama verən xalq artisti bildirib ki, sözləri Telli Pənahqızına, musiqisi Elşən Nicata məxsus “Xəbərin olmaz” adlı mahnı ifa edib: “İstirahət mövsümü olsa da, çox istirahət etmədim. Bütün diqqətimi yaradıcılıq işlərimə yönəltmişəm. Müğənninin əsas işi mahnı oxumaqdır. Biz müğənniləri xalqa sevdirən mahnılarımızdır. Demək olar ki, hər il bir hit mahnıya imza atıram. Bu da bir müğənni kimi məni sevindirməyə bilməz. Artıq yeni bir hit olacaq “Xəbərin olmaz” adlı mahnını bu gün yazdırdım. Düşünürəm ki, bu mahnı digər ifa etdiyim mahnılar kimi seviləcək. Mahnını yaxın müddətdə dinləyicilərin ixtiyarına verəcəm”.

Xalq artistinin prodüseri Rövşən Cəfərov da S.Səmədovla yeni layihə hazırlayır. Bu barədə yaxın günlərdə açıqlama veriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm