Rafiq Əzimovdan yumruq davasına çıxan həmkarlarına: “Barışmasaydılar…”
Bizi izləyin

Magazin1

Rafiq Əzimovdan yumruq davasına çıxan həmkarlarına: “Barışmasaydılar…”

"Azdrama"nın həyətində yumruq davasına çıxan iki xalq artisti- Ramiz Novruzla Ramiz Məlikin barışıq xəbəri qocaman aktyor Rafiq Əzimovu sevindirib.

Bu barədə Publika.az-a danışan xalq artisti həmkarları arasında bir də belə xoşagəlməz halların yaşanmayacağına ümid etdiyini bildirib:

“Bu hadisədən hamımız sarsılmışdıq. Çünki gözlənilmədən baş verdi. Amma mən əvvəldən onların barışmasının tərəfdarıydım. Barışmasaydılar, biz sənət dostları da buna görə pis olacaqdıq. Çox istərdim ki, başımız yaradıcılıq işlərinə qarışsın və tamaşaçılarımız qarşısında yeni tamaşalarla çıxış edək. Onlar bizi səhnədə görüb seviblər, bu hörməti hər zaman qorumalıyıq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm