Rəşad İlyasov oğlundan danışdı
Bizi izləyin

Magazin1

Rəşad İlyasov oğlundan danışdı

Müğənni Rəşad İlyasov uşaqlarına sərbəstlik verən atalardan olduğunu deyib.

Publika.az-a danışan müğənni vaxtilə özünün də sərbəst böyüdüyünü deyib:

“Mən uşaqlıqdan musiqiyə maraq göstərirdim və arzumun ardınca getdim. Baxdım ki, oğlumun idmana marağı güclüdür. Futbolçu olmaq istəyir. Onun bu arzusuna qarşı çıxmadım. Futbolla məşğul oldu. Peşəkar idmançının xarici dili bilməsini vacib saydığından ingilis dili kursuna gedib dil öyrəndi. Onun arzusudur ki, dünya səviyyəli bir futbolçu olsun. Düşünürəm ki, hər bir valideyn övladına peşə seçimində sərbəstlik verməlidir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm