Nəğməyə çevrilən ömür - FOTO
Bizi izləyin

Magazin1

Nəğməyə çevrilən ömür - FOTO

Bəstəkarlar elədir ki, dünyasını dəyişsələr də ömürləri həzin bir nəğməyə çevrilir. Hər dəfə musiqilərini dinləyəndə xatırlanırlar…

Tanınmış bəstəkar, pianoçu, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, SSR-nin xalq artisti Tofiq Quliyev də belə sənətkarlardandır. Bu gün onun xatirə günüdür.

Onun yoxluğu ilə bizi 15 illik zaman kəsiyi ayırır.

Publika.az xəbər verir ki, Azərbaycan caz və estrada musiqisinin banilərindən sayılan Tofiq Quliyevin bənzərsiz musiqiləri bu gün də dillər əzbəridir. Milli kinomuzun ən gözəl nümunələri sayılan “Bəxtiyar”, “Telefonçu qız”, “Sən niyə susursan”, “Ögey ana”, “Qızmar günəş altında”, “Görüş” və digər filmlərdə səslənən gözəl musiqilər ona məxsusdur.

1917-ci ildə Bakıda anadan olan T.Quliyev zəngin həyat və yaradıcılıq yolu keçib. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub.

2000-ci ildə dünyasını dəyişən bəstəkarın musiqiləri hələ yaşayır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm