Amaliya Pənahova 18 yaşında aldığı təklifdən danışdı: “İmtina etsəydim...” - VİDEO
Bizi izləyin

Magazin1

Amaliya Pənahova 18 yaşında aldığı təklifdən danışdı: “İmtina etsəydim...” - VİDEO

Xalq artisti Amaliya Pənahova mərhum həyat yoldaşı Yusif Muxtarovun onun sənətinə heç vaxt şübhə ilə yanaşmadığını deyib.

Publika.az xəbər verir ki, o, bunu ATV telekanalına müsahibəsində bildirib:

“Həyat yoldaşımla 45 il ömür sürdük. İki övlad, üç nəvə böyütdük. Qarşılıqlı inam və anlaşma olmasaydı, evliliyimiz bu qədər uzun sürməzdi. O, Azərbaycan radiosunun aparıcı diktoru idi. İnstitutun birinci kursundan bir yerdə idik. Məni səhnədə görməyi sevirdi. Sənətimə heç vaxt şübhə ilə yanaşmayıb. Mənə hər zaman dayaq olub. Bunu indi də hiss edirəm”.

Amaliya xanım həyat yoldaşının sağlığında qayğısız həyat sürdüyünü əlavə edib:

“İndi bilmişəm bazar-dükan nədir, pulu saymağı hələ indi öyrənmişəm. O, məni məişət problemlərindən qoruyurdu. Ailə başçısı özüm olduqdan sonra bu işlərə baş qoşmağa məcbur oldum”.

Aktrisa onu da qeyd edib ki, zamanında rejissorlar onu kəşf etdiyi üçün özünü bəxtəvər hesab edir:

“18 yaşımda mənə təklif olunan roldan imtina etsəydim, bəlkə də həyatım tamam fərqli olardı. Tofiq Kazımov “Romeo və Cülyetta” tamaşasında məni Cülyetta obrazında görməsəydi, bəlkə də Akademik Dram Teatrında olmazdım. Tənbəllik etsəydim, həyatım fərqli olacaqdı. Bir gecənin içində məşhurlaşdım. Cülyetta roluna seçilməyimə ssenari müəllifi etiraz edirdi. O, bu rol üçün xalq artistlərindən birinin dəvət olunmasını tələb edirdi. Bu isə mümkün deyildi. Çünki həmin vaxt böyük sənətkarlarımız 50-60 yaşı haqlamışdılar”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm