100 min xərcə düşən Röyadan SEVGİ AÇIQLAMASI
Bizi izləyin

Magazin1

100 min xərcə düşən Röyadan SEVGİ AÇIQLAMASI

Əməkdar artist Röya Ayxanın Hüseynqulu Sarabski adına Mədəniyyət Evində pərəstişkarları ilə görüşü keçirilib.

Publika.az xəbər verir ki, Röya Ayxan fanatlarının suallarını cavablandırıb.

“Sevməyi, ayrılığı da gözəl yaşayıram. Adam 40 yaşına qədər sevir. Deyirlər ki, insan bir dəfə sevir, o fikirlə də razı deyiləm”- deyən Röya ilk konsertindən də danışıb.

“İlk konsetimi Milli Parkda vermək istəyirdim. Amma orada konsert verməyə icazə vermədilər. Bildirdilər ki,orada şəxsi konsert vermək olmaz. “Şəfa” stadionuna konsert vermək üçün müraciət etdik. O zaman aparatlar yandı və 100 min xərcə düşdüm. Amma konsertimizin nəticəsi gözəl oldu. Əgər hər hansı çətinlik yaşayırıqsa, nəticəsi yaxşı olur”.

Röya yüksək qonorarlı film olarsa, filmə çəkiləcəyini də deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm