• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Röya SİRRİNİ AÇDI: “Məni oturdurub...” - FOTOLAR

  • Magazin1
  • 3 Mart 2017 12:45
  • 1 786 Baxış
Röya SİRRİNİ AÇDI: “Məni oturdurub...” - FOTOLAR

Əməkdar artist Röya qadının ən gözəl yaş dövrünün 30-dan 40-a qədər olduğunu söyləyib.

Publika.az xəbər verir ki, müğənni Azərbaycanda müasir kino sahəsinin inkişafından danışıb. O, yerli filmlərin çəkilməsini müsbət hal kimi qiymətləndirib:

“Filmlərin məni bir tamaşaçı kimi qane edib-etməməsi o qədər də əhəmiyyətli deyil. Ən önəmlisi odur ki, xoşdur. Çox şadam ki, Azərbaycanda da filmlər çəkilir. Məsələn, bu yaxınlarda dostlarımızla yeyib-içib və deyib güldükdən sonra “Bayram axşamı” filminə baxmağa getdik. Baxandan sonra əhval-ruhiyyəmiz daha da artdı. Ola bilər ki, birində yaxşı alınsın, birində yox. Bunun səbəbi də maddi problemlər ola bilər. Əsas odur ki, uşaqlar həvəslidirlər, getdikcə daha çox təcrübə toplayacaq və peşəkar olacaqlar. Əminəm ki, 5 ildən kinolarımız tamamilə başqa olacaq”.

Daha sonra müğənni tənqidə münasibətindən də danışıb. Tənqidi sevməyən müğənni hər hansı məsələ barədə ancaq dostlarına fikir bildirməyi icazə verdiyini etiraf edib:

“Məni ancaq dostlarım tənqid edə bilər, onlara etibar edirəm. Onlara demişəm ki, əgər qocalanda efirə çıxıb ağzıma gələni desəm, gic-gic danışsam, məni oturdurub deyin ki, “Özünə gəl!” Yəni, “Ulduzsan, əcəb eləyib dedin” sözünü deməyəcəklər. Dostlarım da söz verib ki, məni səhv hərəkət etməyə qoymacaq”.

Əməkdar artist yaş kompleksi olmadığını da vurğulayıb:

“Bu il 35 yaşım tamam olacaq, bunu qətiyyən özümə dərd etmirəm. Çünki qadının ən gözəl yaş dövrü 30-dan 40-a qədərdir. Bu illərdə qadın daha cəlbedici olur. 40-dan sonra qadın artıq daha müdrikləşir”.

Aytən

Fotola: Elçin Murad

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>