Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində - FOTOLAR
Bizi izləyin

Magazin1

Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində - FOTOLAR

Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində sərgidə iştirak edib.

Prezident İlham Əliyevin qızı, Azərbaycanlı ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində sərgidə iştirak edib.

Publika.az xəbər verir ki, sərgiyə L.Əliyeva ilə yanaşı, Pavel Lunqin, Konstantin Qayday və başqaları da qatılıb.

Yəhudi muzeyində Andrey Sarabyanovun kuratorluğu ilə “Tələb olunana qədər. Rusiyalı regional muzeylərinin avanqard kolleksiyası” sərgi layihəsinin ikinci hissəsi nümayiş olunub.

Sərginin davam etdirilməsi üçün 100-dən çox tanınmış rəssam-avaqardçıların əsəri seçilib. Buraya Mixail Matyuşina, Lyubov Popova, Aleksandr Rodçenko, Elya Lisiçkova, Pavel Filonov,Vasili Kandisnkov, Lyubov Popova, eləcə də Mixail Menkov, Yana Pain, Roman Semaşkeviç, Lyudmila Şmit-Rıjova, Valentina Yustiçkova və digər bu kimi müəlliflərin daxildir.

Bu kolleksiya Rusiyanın 17 şəhərindən toplanıb: Arxangelsk şəhərindən Omska qədər. Sərginin əsas ideyası rusiyalı avanqard rəssamların unudulmuş və ya az tanınan əsərlərini göstərməkdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm