Müğənni Damla SİRLƏRİNİ AÇDI: “Ağlı olan qadın heç vaxt...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Müğənni Damla SİRLƏRİNİ AÇDI: “Ağlı olan qadın heç vaxt...” - FOTOLAR

Müğənni Damla hesab edir ki, ağlı olan qadın heç vaxt tənha qalmaz, özünü yalnız daxili dünyası ilə kişiyə sevdirə bilər.

Publika.az xəbər verir ki,“Üç nöqtə” layihəsinin suallarını bu həftə tanınmış ifaçı Damla cavablandırıb.

- Qalmaqal...

- Qalmaqalı sevmirəm, problemləri həmişə sakit reaksiya verərək həll etməyə çalışmışam. Boş-boş danışanların cərgəsinə qoşulmaq istəmirəm. Efirə çıxanda keyfiyyətli söhbət etmək, normal fikir bildirməyin tərəfdarıyam. Qadına da sakit və səbirli davranmaq yaraşır.

- İndiki ağlım olsaydı...

- Bir az gec ailə həyatı qurardım.

- Zəmanət verə bilərəm ki...

- Qarşıda gözəl mahnılar və hitlər çox olacaq. İnşallah!

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Körpələr və qocalar evi olmazdı.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Zahiri gözəllik vacibdir, amma qadını özünü yalnız xarakteri və daxili dünyası ilə qarşı tərəfə sevdirə bilər.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Elə bir kişi yoxdur.

- Qadına qarşı şiddət...

- Zəif kişilərin işidir!

- Vicdanıma and olsun ki...

- Ölənə qədər valideynlərimin qulluğunda dayanacam. Nə qədər ki, canım sağdır, onların heç nəyə ehtiyacı olmayacaq.

- Oğluma ən çox onu məsləhət görürəm ki...

- Dərslərini yaxşı oxusun.

- Təəssüf edirəm ki...

- Ona görə təəssüf edirəm ki, övladıma çox az zaman ayıra bilirəm.

- Ona görə, xəcalət çəkirəm ki...

- Özümə verdiyim sözləri tutmayanda utanıram.

- Vanqa nənə ilə görüşsəydim...

- Ona inanmıram. Ümumiyyətlə, baxıcılar mənim üçün maraqlı mövzu deyil.

- Günahlarım yadıma düşəndə...

- Vicdanım sızıldayır.

- Bəşəriyyətin gələcəyi barədə fikirləşəndə...

- İnanıram ki, Qarabağ bizim olacaq.

- Tənhalıq qadın üçün lənətdir, yoxsa...

- Xeyir, ağlı olan qadın heç vaxt tənha qalmaz.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...

- Elə bir insan yoxdur. Həyatımda biri var, hisslərimiz qarşılıqlıdır və çox xoşbəxtəm.

- Yaxşı gündə, pis gündə...

- Hər zaman ailəmin yanındayam.

- Damlanın mahnıları daha çox sevilməyə layiqdir, yoxsa ki...

- Düşünürəm ki, adi həyatda mənimlə dost olan bir insan müğənni Damladan çox, özümü sevər. Buna əminəm.

- O zaman göz yaşlarıma hakim ola bilmirəm ki...

- Nilufəri dinləyəndə gözlərimdən yaş axır, onun həzin səsi mənə çox pis təsir edir. Bizim ifaçılardan isə Ramalı dinlədikdə ürəyimin başı göynəyir.

Aytən,

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm