Azərbaycanlı aparıcıya doğum günündə GÖZLƏNİLMƏZ SÜRPRİZ - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aparıcıya doğum günündə GÖZLƏNİLMƏZ SÜRPRİZ - FOTO

Ötən gün teleaparıcı Aysel Nazimin doğum günü olub.

Publika.az xəbər verir ki, ad günü keçirməyi planlaşdırmayan Aysel gözlənilməz sürprizlə qarşılaşıb. Aparıcının sözlərinə görə bu doğum gününün onun üçün unudulmaz olub:

"Hər şeyi dostum İsa etdi. Mənə demədən bütün dostlarımı dəvət edib. Hər şey sürpriz idi. Unudulmaz doğum günü partisi təşkil etmişdi. Eyni zamanda çoxlu təbrik mesajı, telefon zəngləri gəldi. Hər kəsə təşəkkür edirəm".

"Space" telekanalının aparıcısı iş yoldaşlarının ondan incidiyini də dilə gətirib:

"Gecə ilə şəkillər sosial şəbəkədə yayıldı. İş yoldaşlarım elə başa düşüb ki, onları dəvət etməmişəm. İnciyənlər də olub. Onlara izah etdim ki, bu ad günü şənliyi mənim özüm üçün sürpriz olub. Hər şeydən xəbərsiz olmuşam. Amma sonradan onlarla da doğum günümü qeyd etdim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm