Magazin1
“Adı lazım deyil, baş hərfi “M”…” - Gülyanaq Məmmədova
Xalq artisti Gülyanaq Məmmədova “Giley” adlı mahnısına çəkdirdiyi klipin təqdimat mərasimini keçirib.
Publika.az xəbər verir ki, təqdimat mərasiminə Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Flora Kərimova, Əməkdar artist Mətanət İskəndərli, müğənnilər Vasif Məhərrəmli, Vaqif Şıxəliyev, Coşqun Viləş, Roza zərgərli və başqaları qatılıb.
Aaparıcı Azər Süleymanlının açılış etməsilə başlayan mətbuat konfransında gələn qonaqlar çıxış edərək Gülyanaq Məmmədova və klip haqqında ürəkdolusu danışıblar.
Ekran işi barədə danışan Gülyanaq Məmmədova çəkilişlər zamanı klipdə rol alan Şəki Dövlət Dram Teatrının aktyorlarına təşəkkür edib və onların performansından çox təsirlənərək, ağladığını bildirib: “Şəki Dövlət Dram Teatrının aktyorlarına təşəkkür edirəm. Onların musiqini bu qədər hiss edib, gözəl oynaması məni təsirləndirdi. Kövrək olduğuma görə dayana bilməyib ağladım”.
Xalq artisti yeni mahnısı barədə məlumat versə də, musiqinin söz yazarının adını gizli saxlayıb: “Ekran işində rejissor kreslosunda Dəyanət Rzayev oturub. Çəkilişlərdə də çox adam əziyyət çəkdi. Mahnının musiqisi bəstəkar Sevinc Tofiqqızına aiddir. Söz yazarı isə mənə çox yaxın olan bir şəxsə aiddir. Adının açıqlanmasını istəmir. Belə deyək, adı lazım deyil, baş hərfi “M”... Yanımda olan və dəyər verən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, bu, “ARB Media Qrupla Xalq artistinin ikinci işbirliyidir. Onlar daha öncə də, “Xaçmazım” adlı mahnıya klip çəkmişdi.
Pərviz Hüseyn
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?