“Prezidentimizin qarşısında baş əyirəm” - Əməkdar artist adı alan Vasif Məhərrəmli
Bizi izləyin

Magazin1

“Prezidentimizin qarşısında baş əyirəm” - Əməkdar artist adı alan Vasif Məhərrəmli

Prezident İlham Əliyevin bu gün fəxri ad verdiyi mədəniyyət işçiləri arasında tanınmış müğənni Vasif Məhərrəmli də var. Ona “Əməkdar artist” fəxri adı verilib.

Publika.az xəbər verir ki, fəxri ad almağından xəbəri olmayan sənətçi məlumatı eşidib sevincini bu sözlərlə ifadə etdi: “Cənab prezidentin mübarək imzasıyla o ada layiq görülmək şərəfdir, qürurvericidir. Mənim kiçik sənətimə böyük qiymət verib “Əməkdar artist” adını verirsə, mən onun qarşısında öz adımanan, ailəm və sevənlərim adından baş əyirəm”.

Qeyd edək ki, İlham Əliyev bu gün bir neçə incəsənət nümayəndəsini mükafatlandırıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm