Siyavuş Kəriminin işdən çıxardığı Əməkdar artist: “Heç birinə inanmıram”
Bizi izləyin

Magazin1

Siyavuş Kəriminin işdən çıxardığı Əməkdar artist: “Heç birinə inanmıram”

Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb. Ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. İşdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, Əməkdar artist Cabir Abdullayevin də adı var.

Publika.az-a danışan ifaçı konservatoriyadan rəsmi olaraq ayrılmadığını bildirib:

“Konservatoriya mənim ikinci evim kimidir. Hələki rəsmi olaraq işdən ayrılmamışam. İddia edirlər ki, Siyavuş Hüseynov tələbələrin məni istəmədiyini deyib. Ancaq bunların heç birinə inanmıram. Bizim onunla indiyədək heç bir problemimiz olmayıb. Hər şey ixtisarla bağlıdır. Şəxsi münasibətin buraya heç bir aiddiyyəti yoxdur”.

Qeyd edək ki, dünən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi işdən çıxarıb. İddia olunur ki, rektor iclasda tələbələrin xanəndədən razı olmadığını, onların daha çox Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istədiklərini deyib.Bundan əlavə, konservatoriyada iyirmi müşayiətçi-müəllim işdən azad edilib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm