Əməkdar artistin nəvəsi yandı, hönkür-hönkür ağladı
Bizi izləyin

Magazin1

Əməkdar artistin nəvəsi yandı, hönkür-hönkür ağladı

Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarovanın nəvəsi özünü yandırıb. Aktrisa gözlaşları içərisində Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verərək hönkürüb:

"Nəvəm üstünə qaynar su tökərək özünü yandırıb (ağlayır). Ayağından və əlindən yanıq xəsarətləri alıb. Bir neçə gündür ki, xəstəxanadayam. Onun yanında mən qalıram, qucağımda ora aparıram, bura gətirirəm. Kənddən mənim yanıma qonaq gəlmişdi. Heç kim həyatdan sığortalanmayıb. Kim nə bilərdi ki, bu hadisə baş verəcək? Hal-hazırda həkim nəzarətindədir, İnşallah ki, tezliklə ayağa qalxar. İnanın Allaha, çox acı çəkirəm" deyə aktrisa bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm