Magazin1
“Cavanşir gəlin imiş” – Məşhurların TOY MACƏRALARI - - VİDEO
Yaşam tərzlərini toylara həsr edən məşhurlar qatıldıqları məclislərdə ara-sıra qəribə və maraqlı hadisələrlə rastlaşırlar.
Publika.az xəbər verir ki, ARB Ulduz-un
“Virtual həyat” proqramında bu dəfə məşhurların başlarına gələn ən
maraqlı hadisələrdən söz açılıb.
Rahidə Baxışova: “Deməli, bir dəfə məni toya
çağırıblar. Dedilər kişi məclisidir. Getdim. Böyük bir zal idi.
Bəylə gəlini də görmək mümkün deyildi. Deyirəm ki, mən bəylə gəlini
ürəkdən təbrik edirəm, xoşbəxt olasız, oğullu-qızlı olasız. Gəlib
mənə deyirlər ki, böyük toy deyil ey, kiçik toydur. Dedim vay,
biabır oldum”.
Müğənnilərin bir qismi isə qatıldıqları məclisdə onları
təqdim edən zaman yaşanan yanlış anlamanı və düşdükləri gülməli
durumu dilə gətiriblər:
Niyam Salami: “Masabəyi səhv salıb. Onun qulağına
deyiblər ki, Niyaməddin müəllim gəlib. Bir də gördüm ki, məni
şadlıq sarayında elə tərifləyir ki. Təqdimatdan bildim ki, mən
deyiləm. Məni Niyaməddin Musayev zənn etdilər, əl çaldılar. Çıxdım
səhnəyə, gördüm ki, camaat gülür”.
Emil Bədəlov: “Toya yarım saatlıq dəvət olunduğum
zaman qulağıma deyiblər ki, Cavanşiri təbrik et. Mən də elə bildim
ki, Cavanşir bəydir. Cavanşir bəy, Cavanşir bəy, deyə tez-tez adını
çəkirəm. Gördüm ki, məclisdəkilərin mənə qarşı reaksiyası pisdir.
Sən demə, Cavanşir gəlin imiş”.
Digər müğənnilərin toylarla bağlı başlarına gələn maraqlı
hadisələri bu bazar saat 13-də “Şou məkan” verilişində öyrənə
bilərsiz.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi