Məşhur rejissorun xanımı: “Ərimin üçüncü arvadıyam” - ÖZƏL+FOTO
Bizi izləyin

Magazin1

Məşhur rejissorun xanımı: “Ərimin üçüncü arvadıyam” - ÖZƏL+FOTO

Tədbirlərin birində tanınmış rejissor Şahin Zəkizadə və həyat yoldaşı Səbinə Allahverdiyeva Publika.az-ın kamerasına poz verib.

Xoşbəxt olduğunu deyən Səbinə həyat yoldaşı ilə münasibətindən danışıb: “Mən ərimin üçüncü arvadıyam. Onunla evlənəndə çoxları məni qınadı ki, bu evlilik uğursuz olacaq. Amma mən heç kimin sözünə baxmadım və ürəyimin səsini dinləyərək onunla ailə qurdum. İki dəfə ailə qurub və boşanmaq taleyin işidir, heç kim bilmir ki, sabah başına nə gələcək. Mən ərimlə xoşbəxtəm və yeni doğulacaq körpəmizin gəlişini gözləyirəm”.

Qeyd edək ki, Səbinə əvvəllər model kimi fəaliyyət göstərib. Son vaxtlar isə özünü həyat yoldaşının “100 kağız” filmində aktrisa kimi sınayıb.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm