AzTV-yə çağırılan Nərgiz Cəlilova niyə susdu? - Açıqlama
Bizi izləyin

Magazin1

AzTV-yə çağırılan Nərgiz Cəlilova niyə susdu? - Açıqlama

Uzun fasilədən sonra AzTV-də “Sevilənlər” adlı verilişə aparıcılıq edəcək Nərgiz Cəlilova, nədənsə, yeni verilişi ilə bağlı danışmaq istəməyib.

Publika.az-a açıqlama verən aparıcı yeni verilişi barədə, ümumiyyətlə, danışmaq istəmədiyini bildirib:

“Mən bu barədə bir kəlmə də danışmaq istəmirəm. Səbəbini soruşmayın. Ola bilər ki, bir müddətdən sonra nəsə deyim. Çox xahiş edirəm ki, israr etməyəsiniz”.

Qeyd edək ki, aprelin 5-də yayımlanan proqramın ilk buraxılışı mərhum bəstəkar Rafiq Babayevə həsr olunub. “Sevilənlər” verilişində tanınmış sənət adamlarından danışılacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm