Xuraman Əlizadə: “Kasıb ailənin kasıb qızıyam”
Bizi izləyin

Magazin1

Xuraman Əlizadə: “Kasıb ailənin kasıb qızıyam”

Aktrisa Xuraman Əlizadə sevgiyə inanmadığını və qorxaq olmasından danışıb.

“Mənim üçün həyatda hazırda sevgi yoxdur. İnsanlar fərqli olur. Həyatda səhv addım atan və ya ayağı büdrəyən insanlar yenidən addım atmağa qorxurlar. Mən də həmin insanlardanam. Ailə olmalıdır”.

Publika.az xəbər verir ki, Xəzər telekanalında qonaq olan aktrisa məşhur olmasına baxmayaraq, lüks həyat sürmədiyini də etiraf edib.

“Sənət insanları olduğumuz üçün əksəriyyət özünü bizə yaxın bilir. Zəng edib borc pul istəyirlər. Daha demirlər ki, kasıb ailənin kasıb qızıyam. Mən heç vaxt heç kəsə ağız açmıram. Mən çox bağışlayan insanam. Hətta mənə edilən xəyanətləri belə bağışlamışam. Bu son bir aya qədər olub. Artıq dəyişmişəm. Qarşıma məqsəd qoymuşam, ac qulağım, dinc qulağım. Yaxınım mənim atamdır, anamdır, bacımdır. Vəssəlam! Çox təəssüf ki, ətrafımdakıların əksəriyyəti parazit insanlar olub. O parazitləri də mən artıq tapdalayıb keçirəm”.

Xatırladaq ki, aktrisa subaydır və uşağı yoxdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm