Magazin1
Azərbaycanlı vokalçı Brüsseldə Kral Opera Teatrında çıxış edəcək
Əməkdar artist, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Brüsseldə Kral Opera Teatrında çıxış edəcək.
Publika.az-a verilən məlumata görə,
həmvətənlimizin 2016-cı il yanvarın 21-də və 24-də Brüsseldə Kral
Opera Teatrında Anton Rubinşteynin “Demon” operasının konsert
variantında çıxışı planlaşdırılır.
Dinara Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya,
Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrlarının səhnələrində və
konsert zallarında çıxışlar edib.
Xatırladaq ki, İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido
Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının
200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya)
“GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İ.Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb.
Konsertlərdə isə Dinara Əliyeva rus və Azərbaycan xalq
mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans
və cazadək müxtəlif əsərləri ifa edir.
Cəvahir
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ