Sevdanın “İlk addım”ı uğur qazandı
Bizi izləyin

Magazin1

Sevdanın “İlk addım”ı uğur qazandı

Bir müddət öncə “İlk addım” mahnısını təqdim edən müğənni Sevda Yahyayevadan xəbər var. Publika.az-ın məlumatına görə, yeni mahnısının sevildiyini bildirən müğənni sözügedən mahnıya klip çəkdirməyi düşünür:

“İlk addım” adlanan mahnıma klip çəkdirməyi planlaşdırıram. Çünki mahnı radiolarda və “Youtube” da diqqət cəlb etməyi bacardı. Bu yaxınlarda fərqli və keyfiyyətli bir klip təqdim etməyi düşünürəm. Klipin rejissoru və ssenarisi haqda hələ ki məlumat vermək istəmirəm. Mahnının ekran işi hazır olduqdan sonra “Youtube” kanalımda sevənlərimə və jurnalistlərə təqdim olunacaq. Bu il bir çox yeniliklərim olacaq. Tovuz rayonunda konsert proqramı ilə çıxış etməyi planlaşdırıram. Konsertlə bağlı bütün məsələlər aydınlaşdıqdan sonra bu haqda ətraflı məlumat verəcəyəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm