Ədəbiyyat xadimlərinə Rəsul Rza Beynəlxalq mükafatı verildi
Bizi izləyin

Magazin1

Ədəbiyyat xadimlərinə Rəsul Rza Beynəlxalq mükafatı verildi

Azərbaycan Yazıçılar Birliyində xalq şairi Rəsul Rzanın anadan olmasının 105-ci ildönümü münasibətilə ədibin xatirəsini anma mərasimi keçirilib.


Publika.az xəbər verir ki, tədbirdə bir qrup ədəbiyyat xadiminə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondu tərəfindən təsis edilmiş Rəsul Rza Beynəlxalq mükafatı təqdim olunub.


Buludxan Xəlilov, AYB-nin “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, şairələr Zərəngiz Qayalı, Şahinə Şükür və başqaları bu mükafatı bütövlükdə ədəbiyyatımıza göstərilən qayğının təzahürü kimi qiymətləndiriblər.


Sonda AYB-in sədri, xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. O, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra elm, ədəbiyyat, incəsənət xadimlərinə qayğının artdığını diqqətə çatdırıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm