Mehdi Məmmədovun doğum günüdür
Bizi izləyin

Magazin1

Mehdi Məmmədovun doğum günüdür

Azərbaycanın xalq artisti, rejissor, aktyor Mehdi Məmmədovun doğum günüdür.

Publika.az xəbər verir ki, Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada doğulub, məktəb təhsilini Bakıda alıb.

1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.

Onun Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şeksprin “On ikinci gecə” komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında “Yaşar”, “Aydınlıq”, “Alov”, “Kəndçi qızı”, “Canlı meyit” “Xəyyam”, “İblis”, “Dəli yığıncağı” əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.


Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil”, “Lakme”, “Leyli və Məcnun”, ”Koroğlu”, “Toska” operalarına quruluş verib.

Eyni zamanda aktyor kimi də özünü sınayıb, həm səhnədə. Həm də kinoda müxtəlif rollar canlandırıb.

Mehdi Məmmədov 1985-ci il yanvarın 8-də qəflətən vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm