• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlı generalın həyatından film çəkildi

  • Magazin1
  • 22 May 2015 11:30
  • 678 Baxış
Azərbaycanlı generalın həyatından film çəkildi

Mayın 26-da saat 19:00-da Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Yüksəliş” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Mərkəzdən Publika.az-a verilən xəbərə görə, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyevdir.

Ekran içinin ssenari müəllifi Vasif Babayev , operatorları Valeriy Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR