Braziliya parlamentində Azərbaycan mətbəxi təqdim edilib - FOTOLAR
Bizi izləyin

Magazin1

Braziliya parlamentində Azərbaycan mətbəxi təqdim edilib - FOTOLAR

Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib. Məqsəd Azərbaycan mətbəxinin Braziliyada tanıdılması olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məşhur mətbəx nümunələri hazırlanıb.

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanov, Braziliya Senatında və Deputatlar Palatasında Braziliya–Azərbaycan parlamentlərarası dostluq qruplarının prezidentləri Kristovam Buarke və Klaudio Kajado, habelə parlamentin çoxsaylı üzvləri iştirak ediblər.

Azərbaycan milli yeməkləri ilə tanışlıq braziliyalı parlamentarilərdə milli mətbəximizin zənginliyi barədə əyani təsəvvür və xoş təəssürat yaradıb.

Təqdimat keçirilən zalın qarşısında Azərbaycana həsr olunmuş banerlər quraşdırılıb və iştirakçılara ölkəmizin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm