Tanınmış yazıçının səhhətində problem yarandı - ÖZƏL
Bizi izləyin

Magazin1

Tanınmış yazıçının səhhətində problem yarandı - ÖZƏL

Tanınmış yazıçı Vidadi Babanlının səhhətində problemlər yaranıb.

Yazıçının hər iki gözü tutulma təhlükəsi ilə qarşı-qarşıyadır.

Publika.az bir dəfə əməliyyat olunsa da, səhhətində heç bir irəliləyiş olmayan yazarla əlaqə saxlayıb.

O, çoxdan bu problemlə qarşılaşdığını, son vaxtlar isə sağlıq durumunun daha da kəskinləşdiyini deyib: “Birtəhər yazıram, çünki gözlərimin görmə qabiliyyəti çox aşağıdır. Bir gözüm 30, digər gözüm isə 7-8 faiz görür. Evin içində güclə gəzirəm. Qolumdan tutan olmasa, küçəyə çıxa bilmərəm, yıxılaram. Əslində, gözlərim əməliyyatdan sonra pis günə düşdü. Həkimi təriflədilər, mən də inandım. Amma qaş düzəltdiyi yerdə vurub gözümü də çıxardı. Çətin ki bundan sonra düzələ”.

Vidadi Babanlı səhhəti barədə danışmaq istəmədiyini də gizlətmədi: “Abrımı qoruyan adam olmuşam. Heç vaxt xəstəliyimi əlimdə bayraq edib insanları narahat etməmişəm. Ağız açmağı da xoşlamıram”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm