Magazin1
ANS geri çəkildi: Elnarə efirdən getdi, verilişləri bağlandı…
Tanınmış aparıcı Elnarə Təhməzovanın verilişlərindən birində səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirlər ətrafında qalmaqal davam etməkdədir.
Publika.az anspress-ə istinadən xəbər verir ki, daxil olan müraciətlər əsasında ANS-in Yaradıcılıq Şurası bu məsələni tam obyektiv şəraitdə araşdırmağa başlayıb, aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar verib.
ANS MYMŞ-nın Baş Direktoru Mirşahin Ağayev deyir: “Hesab edirik ki,
efirdə elə fikirlər səslənib ki, bu, doğrudan da, həssas
tamaşaçının hissiyyatına toxuna, ən azı onları narahat edə bilərdi.
Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət
daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi
yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq
ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi
Biz tamaşaçılardan üzr istəyirik”.
Elnarə Təhməzovanın da mövqeyini öyrəndik və məlum oldu ki, o da
başqa fikirdə deyil: “Mən başa düşdüm ki, səhvim var və
ifadələrimdə ehtiyatsız olmuşam, bir şey demək istəmişəm, başqa cür
alınıb. Hər halda, çox sevdiyim, həmişə hörmətlə yanaşdığım
tamaşaçımı incitmişəm, məni bağışlasınlar, onlardan və pis
vəziyyətə saldığım telekanaldan üzr istəyirəm”.
Bununla da aparıcı və tamaşaçı arasında yaranmış gərginliyin aradan
qalxdığını güman etmək olar. Hər bir kəs öz məsuliyyətini və
buraxdığı səhvi anlamalı və nəticə çıxarmalıdır. Unutmayaq ki,
qanunlar və dəyərlər qarşısında hamı bərabərdir.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?