Xoşqədəm Hidayətqızı: “Kül başına, bədbəxt!”
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızı: “Kül başına, bədbəxt!”

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədəki səhifəsində müzakirələrə səbəb olacaq status paylaşıb. O, ad çəkməsə də, bir nəfərin ünvanına sərt sözlər yazıb.

“O qədər gülmüşəm ki… İşi-gücü intriqalar yaratmaq olan və buna görə işlədiyi yerlərdən qovulan bir “dost” verilişimə gələn qonaqları bir-bir çağırıb bizim verilişdə iştirak etməmələrini xahiş edir. Allah sənə ağıl versin. İşin-gücün yoxdur? Kül başına, bədbəxt!!! O zəng etdiklərin, görüşə çağırdıqların kişi paltarı geyinən arvadlar deyil. Kişidirlər və sənin kimilərini eşitməzlər. Necə ki, görüşə çağırdıqlarının bəziləri verilişimdə iştirakı ilə kişiliyin nə olduğunu sənin kimilərə sübut etdilər. Get intriqalarınla, şantajlarınla məşğul ol. Mən öz işimlə məşğulam. İnan ki, sən, ya bir ölü, mənim üçün fərqi yoxdur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm