Nigar Camalın dəniz kənarında yeni FOTOLARI yayıldı
Bizi izləyin

Magazin1

Nigar Camalın dəniz kənarında yeni FOTOLARI yayıldı

Azərbaycanlı müğənni Nigar Camalın yeni fotoları yayılıb. Publika.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı həmin şəkilləri müğənni istirahət əsnasında çəkdirib.

Qeyd edək ki, Azərbaycana “Eurovision” qalibiyyəti yaşadan müğənni Nigar Camal vətənimizdə keçirilən İlk Avropa Oyunlarında ulduz səfir olduğundan bir müddət idi ki, paytaxt Bakıda idi. Açılış mərasimindən sonra Türkiyəyə yollanan ifaçının qızları ilə birlikdə Bodrum sahillərində istirahəti başlayıb. İstirahət zamanı çəkilən fotolarını paylaşan Nigar işin çoxluğundan da şikayətlənib:

“İş, iş, iş... Guya istirahətə getdim. Səhərdən zənglər gəlir. Həyat qəribədir. Amma iş çox olanda ləzzət edir”.

İfaçı son vaxtlar hər şeyin maraqsız olduğunu, yalnız qızları yanında olanda sevindiyini bildirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm