35 kilo arıqlayan aktrisa: “Üzməyə həyat yoldaşımla gedirəm”
Bizi izləyin

Magazin1

35 kilo arıqlayan aktrisa: “Üzməyə həyat yoldaşımla gedirəm”

“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva 35 kilo arıqladığını bildirib. Publika.az xəbər verir ki, Xəzər telekanalında qonaq olan aktrisa bununla kifayətlənməyəcəyini də vurğulayıb.

“1 il 4 aya 35 kilo arıqlamışam. Hovuza üzməyə həyat yoldaşımla birlikdə gedirəm”.

Bundan başqa, aktrisa yay tətilində həyat yoldaşı ilə birlikdə qayınatasının evində istirahət edəcəyini də bildirib.

“Keçən il Ağdaşda istirahət etdik. Bu il də yəqin ki, qayınatamgildə, Ağdaşda iştirahət edəcəyəm. İstirahətimizi nərd, domino oynamaqla keçiririk. Uzağı Batumiyə gedə bilərik. Oradan o tərəfə keçə bilməyəcəyik. Buna nə cibimiz, nə də vaxtımız imkan verir. Güman edirəm ki, Azərbaycanın cənnət məkanlarında istirahət edəcəyik”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm