Brilliant İlhamənin cavabını belə verdi - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Brilliant İlhamənin cavabını belə verdi - AÇIQLAMA

Xalq artisti İlhamə Quliyevanın Publika.az-a müsahibə verərək həmkarı Brilliant Dadaşova haqqında səsləndirdiyi fikirlər, deyəsən, qarşı tərəfi heç də narahat etmir. Qeyd edək ki, primadonna Brilliant Dadaşovaya ultimatum göndərərək onun “Neylərsən” mahnısını oxumasına qadağa qoyub. Hətta bu mahnını bir də oxuyacağı təqdirdə onu məhkəməyə verəcəyini bildirib.

Publika.az qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsə də, Brilliant Dadaşova bu mövzuda susmağa üstünlük verib.

Amma xalq artistinin köməkçiləri susmayıb, hətta qəhqəhə də çəkiblər: “Biz bu söhbətə gülürük. Hər kəs öz seçimində azaddır, kim necə istəyirsə, elə də etsin”.

Belə anladıq ki, Brilliant Dadaşova məhkəmədə primadona ilə qarşılaşmaqdan heç də çəkinmir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm