Elza Seyidcahan: “Kişi lazımdır ki, qadının maskasını çıxartsın” - FOTOLAR
Bizi izləyin

Magazin1

Elza Seyidcahan: “Kişi lazımdır ki, qadının maskasını çıxartsın” - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan maska taxdı. Publika.az xəbər verir ki, tədbirlərdən birində iştirak edən müğənni əyninə qırmızı don geyinib üzünə qara maska taxıb. Hər geyimində məna olduğunu deyən əməkdar artist maskalı imicinə belə məna verib:

“Qadınların hamısı belə maskalı olur. Qadının əsl üzü görünmür. Kişi lazımdır ki, qadının maskasını çıxartsın. Qadınlar var ki, üzündə 7 cür maska var”.

Seyidcahan maska taxmasını həyatında istədiyi kişinin olmaması ilə izah edib:

“Mənim də maskamı çıxardan kişim olsaydı, bu maskanı taxmazdım. Yoxdur ki, bu maskanı taxmışam. Düzü, heç axtarmıram da. Kişilər maskalı deyil, aciz və avamdırlar. Onlar qadınlar qədər dərin deyil. Qadınlar var ki, maskasını çıxardırsan, ancaq əsl üzü görünmür. Mənim isə bir maskam var. Bu maskanı çıxartsanız, məni görəcəksiniz”.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm