Müğənni idmanla məşğul olmadığı üçün təəssüfləndi
Bizi izləyin

Magazin1

Müğənni idmanla məşğul olmadığı üçün təəssüfləndi

Müğənni Elvin Abdullayev “Günaydın” verilişinin qonağı olub. Müğənni indiyədək idmanla məşğul olmadığını açıqlayıb.

“İlk Avropa Oyunlarını çox maraqla izləyirdim. Xüsusilə də üzgüçülüyü. Təəssüf ki, özüm heç vaxt idmanla məşğul olmamışam. Əslində musiqi və idman bir-birinə yaxın sahələrdir. Nəfər almaq və digər texnikalar idmanla tənzimlənir”.

Buna baxmayaraq, müğənninin ailəsində dəfələrlə respublika çempionu olan şəxslər də var.

“Bacım oğlu uzun illərdir ki, idmanla məşğul olur. Dəfələrlə respublika birincisi olub . Hətta Avropa Oyunlarında onun iştirakı üçün cəhd də etdik. Təəssüf ki, yaşı çatmadı. Bacım oğlunun adı Mahmuddur. Bizim ona ümidlərimiz böyükdür”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm