Magazin1
Natəvan Həbibi Hüseyn Dəryaya olan borcunu arvadına qaytardı - FOTOLAR
Reper Dado, müğənni Natəvan Həbibi bir araya gələrək mərhum reper Hüseyn Dəryaya həsr olunmuş klipin təqdimatını ediblər.
Publika.az xəbər verir ki, “Yat, dostum” adlı mahnıya çəkilən klipin təqdimat mərasimində mərhum reper xatırlanıb.
Qeyd edək ki, mahnının sözləri Nadir Nəğdpula, musiqisi Dadoya məxsusdur. Klip rejissor Kənan MM-in yozumunda ərsəyə gəlib.
Kənan Türkiyədə səfərdə olduğu üçün təqdimatda iştirak etməyib.
Natəvan kliplə bağlı təəssüratlarını bölüşüb: ”Biz sağlığında Hüseyn Dərya ilə layihə reallaşdırmalı idik, amma alınmadı. Fikirləşdim ki, onun ruhu qarşısında vicdan borcumu yerinə yetirməliyəm. Artıq bu klip hazır oldu və öz borcumdan çıxdım”.
Klip mərhum reperin həyat yoldaşı Sonanın təklifi ilə çəkilib. Klipdə Dəryanın oğlu Cahangir də rol alıb.
Təqdimat mərasimində iştirak edən mərhum reperin dostu Sayqa onu da bildirdi ki, Hüseyn Dəryanın albomunu çıxarmaq arzusundadır. Amma bunun üçün lazım olan maliyyəni tapa bilmir: “Dəryanın replərini albom şəklində buraxmaq niyyətindəyəm. Bunun üçün 5-6 min manat pul lazımdır. Amma heç bir sponsor bu pulu vermək istəmir”.
Cəvahir
Foto: Rəşad Abbasov
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi