Təranə Qumral: “Heç kəsin Musa ilə işi yoxdur”
Bizi izləyin

Magazin1

Təranə Qumral: “Heç kəsin Musa ilə işi yoxdur”

“Mənə deyirlər ki, çox gözəlsən. Cavab verirəm ki, mən gözəl deyiləm, nurluyam. Ürəyim o qədər gözəldir ki, nurum çıxır üzümə”.

Bunları bu gün həyat yoldaşı Musa Musayevlə birgə “Günaydın” verilişinin qonağı olan Təranə Qumral deyib.

Teleaparıcı Vüsalə Kərimova isə onun dediklərinə Musa Musayevin də mövqeyini bilmək istəyib. Qarşı tərəfin cavabı isə studiyada gülüşə səbəb olub:

“Hələ az deyir. Daha çox söz demək olar. Mehriban olmaq lazımdır. 5 günlük dünyadır. Axı niyə bir-birimizi parçalayıb dağıtmalıyıq? Niyə kinli olaq?”

Məşhur cütlüyün bir neçə qohumu ilə heç kəsə gizli olmayan düşmən münasibətlərini əsas tutan aparıcı Musa Musayevin bu cavabından istifadə edərək soruşub:

“Sizin də həyatınızda danışmadığınız insanlar var. Müqəddəs Ramazan ayını yaşayırıq. Barışardınızmı onlarla?”

Musa Musayevə ünvanlanan suala isə Təranə Qumral cavab verib:

“Heç kəsin Musa ilə işi yoxdur. Hamının işi mənimlədir. Ancaq mənim içimdə kinim yoxdur. Kimin nə bəlası, nə cəzası varsa, Allah versin. Biz kimə pis gün arzulasaq da, bu, öz içimizi yandıracaq”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm