Emin Rihannanı qabaqladı - AUDİO
Bizi izləyin

Magazin1

Emin Rihannanı qabaqladı - AUDİO

Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun "Забыть тебя", dilimizə tərcümədə “Səni unutmaq” adlı yeni mahnısı “iTunes”-də birinci pilləyə yüksəlib. Bu haqda xəbəri müğənni özü sosial şəbəkədə paylaşıb.

İfaçının sözügedən mahnısı “iTunes” şirkətinin onluğunda ilk gündən birinci yerdədir. O, dünya şöhrətli Rihannanı geridə qoyub. Emin bu haqda təəssüratını bir cümlə ilə ifadə edib: “Bu, hələ başlanğıcdır!”

Müğənni həmçinin yaxın günlərdə mahnıya çəkilmiş klipini də təqdim edəcək.

Qeyd edək ki, "iTunes" "Apple" korporasiyasının rəqəmsal musiqi satışı ilə məşğul olan şirkətidir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm