“Bu, maral olmadı, dəvəquşu oldu” - FOTOLAR
Bizi izləyin

Magazin1

“Bu, maral olmadı, dəvəquşu oldu” - FOTOLAR

Nadir Qafarzadənin “Maral” mahnısı yeni ifada səslənib. Publika.az xəbər verir ki, bu gün “Space” telekanalında efirə gedən “Əsl şou” verilişinin qonağı olan müğənni Vüqar Muradov mahnını özünəməxsus tərzdə səsləndirib. Belə ki, verilişin aparıcılarının xahişini yerinə yetirən müğənni bariton səsi ilə fərqli ifa ortaya qoyub. Öz ifasında mahnının qəribə səsləndiyini hiss edən müğənni qabaqdangəlmişlik edib:

“Bu da sənə çox əcaib bir “Maral”.

İfa o qədər əcaib olub ki, verilişin digər qonağı Lamiyə ona gülərək, “Bu, “Maral” olmadı, “Dəvəquşu” oldu”, - deyib.

Verilişin aparıcısı Tahirə Məmmədqızının diqqətini çəkən isə Vüqar Muradovun Nadir Qafarzadənin repertuarından səsləndirdiyi mahnının sözlərini bilməməsi olub. Bunu müğənninin üzünə vuran aparıcı deyib:

“Vüqar, sən “Maral”ın sözlərini bilmirsən ki? Guya toylarda oxumursan mahnını?”

Müğənni sözləri bilmədiyini etiraf edib.

“Yox, mahnıların sözlərinə dəftərdən baxıram. “Maral”ı istəyən olanda da Nadirin fonoqramasını səsləndiririk”.

Qeyd edək ki, “Əsl şou” verilişinin aparıcıları Tahirə Məmmədqızı və Tural Ozandır. Veriliş həftə içi 5 gün saat 11:00-da “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm